İqtisadiyyat

İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının iclasında sənədlər imzalanıb – FOTO

Sharing is caring!


İyulun 17-də Bakıda işə başlamış İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tərəflər arasında dörd memorandum imzalanıb.

Oxu.Az həmin sənədləri təqdim edir:

1. İslam Palatasının Halal Xidməti (ICHS) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında memorandum;

2. Mavritaniya Ticarət Palatası (CCIAM) və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA) arasında memorandum;

 3. KOBİA və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA) arasında memorandum;

 4. ICCIA, KOBİA, Beynəlxalq İslam Biznesi Assosiasiyası, Dövlət Turizm Agentliyi və “Caspian Event Organisers” MMC arasında memorandum.

Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Palataya üzv 20 dövlətdən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur.

Tədbir iki gün davam edəcək.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir