İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi daxilolmaları ötən illə müqayisədə artıb” – FOTO

Sharing is caring!


İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi daxilolmalarının ötən illə müqayisəsini açıqlayıb.

Bu barədə nazir rəsmi “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda bildirilir:

“İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir. Bu ilin ilk yarısının yekunlarına görə, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,6% artaraq 9 milyard 181,4 milyon manat təşkil edib. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% artaraq 5 milyard 199,4 milyon manat olub”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir