Cəmiyyət

Uşaqlara neçə yaşdan sonra dondurma vermək olar? – Həkim AÇIQLADI

Sharing is caring!


“Evdə təbii üsulla dondurmalar hazırlamaq olar. Bu dondurmalar uşaqlar üçün zərərli deyil”.

Oxu.Az xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bu gün Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.

O bildirib ki, bəzən maye hissəsi çox olan dondurmanı buz kimi qəbul edirik və bu, ziyandır:

“Bu cür buzlu dondurmalar boğaza zərər verir və öskürəyin yaranmasına səbəb olur. Belə olanda bəzi bakteriyaların inkişafına da şərait yaranır. Avropa ölkələrində uşaqlara 2-3 yaşından dondurma yeməyə icazə verirlər. Orqanizmdə buna qarşı immunitet varsa, problem olmur.

Ümumilikdə isə soyuq və qazlı su içkiləri uşaqlara qəti tövsiyə olunmur”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir