İqtisadiyyat

Ahmet Yıldız: “Enerji mənbəyi baxımından Azərbaycan bizə ən yaxın ölkədir”

Sharing is caring!


“Enerji mənbəyi baxımından Azərbaycan Türkiyəyə ən yaxın ölkədir”.

Bu fikirləri Türkiyənin xarici işlər nazirinin müavini Ahmet Yıldız Ankarada Kanada Milli Günü ilə əlaqədar keçirilən tədbirdə “Report”a açıqlamasında bildirib.

A. Yıldız Türkiyə-Kanada əlaqələrində ölkəsinin ən çox önəm verdiyi məsələlərdən birinin də enerji təhlükəsizliyi olduğunu söyləyib: “Kanada böyük bir ölkədir, potensialı çoxdur. Amma Türkiyənin də başqa avantajları var. İnşallah, bu avantajları dəyərləndirməyi düşünürük. Məlumdur ki, Rusiyadan başqa, Avropanın da enerji təminatına böyük ehtiyacı var. Bu baxımdan Kanada da böyük imkanlara malikdir. Amma Azərbaycan enerji mənbəyi baxımından bizə ən yaxın ölkədir və bunu yüksək dəyərləndiririk”.

Nazir müavini müdafiə sənayesi sahəsində Kanadanın Türkiyəyə tətbiq etdiyi sanksiyanın yaxın zamanda aradan qaldırılacağına ümid etdiyini də vurğulayıb:

“O sanksiyaların aradan qaldırılması zamanı çoxdan çatıb”.

Qeyd edək ki, Kanadanın Türkiyə və Azərbaycan üzrə səfiri Jamal Kokarın Ankaradakı iqamətgahında Kanada Konfederasiyasının (Kanadanın Milli Günü) 156 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Türkiyənin xarici işlər nazirinin müavini A. Yıldız da çıxış edib.

Onu da bildirək ki, A. Yıldız, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni tərkibdə təyin etdiyi Nazirlər Kabinetində xarici işlər naziri Hakan Fidanın dörd müavinindən biridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir