İqtisadiyyat

Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri ilə görüş keçirildi – FOTO

Sharing is caring!


İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Rəhbərlər Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 32-ci İllik Toplantısı çərçivəsində Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi vurğulanıb, iqtisadi tərəfdaşlığın gücləndirilməsi üçün potensial diqqətə çatdırılıb. 

Qeyd olunub ki, ölkələrimiz arasında investisiya, ticarət, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var.

Görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları və əməkdaşlığın yeni istiqamətləri barədə müzakirə aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir