İqtisadiyyat

KOBİA neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB-lara çağırış edib

Sharing is caring!


Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin neft-qaz şirkətlərinin təchizat zəncirində iştirakının genişləndirilməsinə dəstək məqsədilə mayın 31-dən iyunun 2-nə qədər Bakıda keçiriləcək 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil and Gas”) xüsusi stend qurulacaq.

Bu barədə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, sərgidə neft, qaz və energetika sahəsinin aparıcı şirkətləri tərəfindən neft və qaz avadanlıqları, neft-qaz yataqlarının işlənməsi xidmətləri, enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemləri, neft-kimya məhsulları, texniki xidmət, təhlükəsizlik sahələrində innovativ texnologiyalar və s. məhsul və xidmətlər nümayiş olunacaq.

KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirindəki rolunu artırmaq, bu sahədə əməkdaşlığı genişləndirmək, eləcə də onların məhsul və xidmətlərinin tanıdılması məqsədilə KOB-ların sərgidə iştirakına dəstək göstəriləcək. Bu məqsədlə KOBİA və bp şirkəti sərgidə KOB-lar üçün ayrıca stend təşkil etməyi planlaşdırır.

Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar mayın 19-na qədər bu link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Oil and Gas 2023” qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilərlər:

https://bit.ly/44G0Wiq

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir