İdman

Ramil Şeydayev “Qarabağ”da Reynaldonun tarixi rekordunu təkrarladı

Sharing is caring!


“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə vurduğu qolların sayını 22-yə çatdırıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, 27 yaşlı hücumçu bununla da Ağdam klubunun tarixi rekordunu təkrarlayıb. O, bir mövsümdə vurulan qol sayında Reynaldoya çatıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarında “Qarabağ”ın heyətində bir mövsümdə hamıdan çox – 22 qol vuran braziliyalı legionerin rekordu 9 ildən sonra təkrarlanıb. Reynaldo 31 matça çıxdığı 2013/14 mövsümündə rəqib qapısına 22 dəfə yol tapıb.

Şeydayev mövsümün qalan iki turunda mütləq rekorda imza atmaq imkanına malikdir. Ondan iki top az vuran komanda yoldaşı Musa Qurbanlı da bu göstəricini təkrarlaya və ya keçə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir