İqtisadiyyat

AQTA rəsmisi: “Yumurtaların üzərinə kodlar istehsalçı müəssisədə avtomatik rejimdə vurulur”

Sharing is caring!


“Azərbaycanda standartlara görə yumurtaların üzərinə vurulan kodlar istehsalçı müəssisədə avtomatik rejimdə vurulur. Bu kodlar istehsal tarixini və müəssisəni göstərir”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında baş baytarlıq müfəttişi, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev son günlər cəmiyyətdə narahatlığa səbəb olan yumurtalar üzərindəki kodlar barədə suala cavab verərkən deyib.

O bildirib ki, yumurtanın üzərinə əlavə kodların vurulması üçün tələb yoxdur:

“Hansısa istehsalçı öz müştərisinin tələbinə uyğun olaraq yumurtanın üzərinə hər hansısa məlumat əlavə edə bilər. Amma bunun ümumi qida təhlükəsizliyi nəzarətinə heç bir aidiyyəti yoxdur. Bunun heç bir konvensiyaya aidiyyəti yoxdur. Yumurta üzərindəki tələb olunan məlumat istehsal olunan tarixin və müəssisənin qeyd edilməsidir. Buna da səbəb bizim qida təhlükəsizliyini izləməyimizdir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir