İdman

“Barselona” ilə bağlı qalmaqal: Hakimlər Komitəsinin vitse-prezidentinə 1,4 milyon avro ödəyib

Sharing is caring!

İspaniyanın “Barselona” futbol klubu Hakimlər Komitəsinin vitse-prezidentinə üç mövsüm ərzində 1,4 milyon avro ödəyib.

Bu barədə Vergi İdarəsi tərəfindən aparılan yoxlamalardan sonra məlum olub.

Hakimlər Komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra bildirib ki, “DASNIL 95 SL” şirkəti vasitəsilə “Barsa”ya bəzi məlumatlar verib.

Bu barədə İspaniya Radio Yayımları şirkəti məlumat verib.

Xose Mariya Enrikes Neqreyra Birinci Divizionda 13 mövsüm (1977-1992) hakimlik edib. Təqaüdə çıxdıqdan sonra o, Kataloniya Hakimlər Komitəsini idarə etməyə davam edib. Daha sonra 2018-ci ilin may ayına qədər Texniki Hakimlər Komitəsinin vitse-prezidenti kimi Viktoriano Sançez Arminionun sağ əli olub. Neqreyra ən azı üç il (2016-17-18) ərzində “DASNIL 95 SL” şirkəti vasitəsilə “Barselona”dan üç mövsümdə 1,392,680 avro qazanıb.

“Barselona” rəhbərliyi iddialarla bağlı açıqlama yayaraq kommersiya məqsədli bu münasibətləri təsdiq edib. Qeyd olunub ki, müəyyən texniki məsləhətlər müqabilində sözügedən məbləğ Neqreyraya ödənilib. Həmçinin rəhbərlik klubun imicinə zərər vuran bu tip xəbərləri yayanlar barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib.

İndiyədək məsələ ilə bağlı klubun keçmiş peşəkar idman direktoru Albert Soler və təşkilatın keçmiş baş direktoru Oskar Qrau ifadə veriblər. Vergi Xidmətinin hesabatına görə, ödənişlər aparılsa da, kommersiya münasibətlərinin mövcudluğunu sübut edən heç bir sənəd təqdim edilməyib.

Mənbə: AS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir