Cəmiyyət

Qərbi Azərbaycan İcması və Dövlət Agentliyinin rəhbərliyi arasında görüş keçirilib

Sharing is caring!

Qərbi Azərbaycan İcmasında icmanın rəhbər heyəti ilə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi arasında görüş keçirilib.

“Report” xəbər verir ki, icmanın İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qonaqları salamlayaraq agentlik tərəfindən göstərilən marağı və diqqəti yüksək qiymətləndirdiyini bildirib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək qarşıda görüləcək işlərlə bağlı icmaya uğurlar arzuladığını dilə gətirib.

Görüş zamanı Qərbi Azərbaycan İcması ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, görüşdə icma sədri ilə yanaşı, sədrin müavinləri, millət vəkili Ramil Həsən, millət vəkili Hikmət Babaoğlu, Qəyyumlar Şurasının sədri Mürvət Həsənov, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, icmanın sözçüsü Ülviyyə Zülfiqar, agentliyin əməkdaşları iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir