MARAQLI

Azadsöz.az xəbər saytının fəaliyyətə başlamasından 2 il ötür

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, bu gün Azadsöz.az-ın 2 yaşı tamam olur. 22.03.2021-ci il tarixindən fəaliyyətə başlayan xəbər saytı iki il ərzində özünəməxsus  xidməti ilə seçilib və qısa müddət ərzində geniş izləyici auditoriyası toplamağa müvəffəq olub. 2 il  bir media orqanı üçün uzun tarix sayılmasa da,  azadsöz.az  bu müddət ərzində  çətin və məsuliyyətli yolda daima  irəliyə  doğru  addımlamağı qarşısına  məqsəd  qoyub.

Xəbər  portalının  kollektivi  obyektivliyi və qərəzsizliyi hədəfə alaraq  7/24 saat müddətində  ölkədə və dünyada baş verən müxtəlif yönümlü hadisələrlə oxucuların xəbər ehtiyaclarını tam şəkildə ödəməyi bacarıb. Daima  yeniliklər  axtarışında olan sayt  rəhbərliyinin və  kollektivin əsas məqsədi media sahəsində aparıcı mövqedə dayanmaq olub.

 Azadsöz.az  xəbər  portalı  sizləri tezliklə  bir  çox  yeniliklərlə  sevindirəcək.Bizi oxuduğunuz üçün təşəkkür edirik!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir