İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı üç sığorta növünə dair tələbləri təsdiqləyib

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Daşınmaz əmlakın icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”i, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”i və “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”i təsdiq edib.

Bununla bağlı qərarı AMB-nin sədri Taleh Kazımov imzalayıb.

AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir