İqtisadiyyat

Azərbaycanda qaz kəmərlərində itkilər artıb

Sharing is caring!


Ötən il Azərbaycanda magistral qaz kəmərlərində 50,6 milyon kubmetr itki olub, bu da illik müqayisədə 4,5% çoxdur.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2021-ci ildə respublika üzrə qaz kəmərlərində itkilər 48,4 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 39 240,2 milyon kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,8% çoxdur.

Ötən il qaz nəqlinin 53%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 20 803,7 milyon kubmetr qaz ötürülüb (2021-ci ilin göstəricisi ilə müqayisədə 18,01%-lik artım).

Xatırladaq ki, qeyd olunan boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir