İdman

Millətlər Liqası: Azərbaycan millisinin yer alacağı səbət müəyyənləşdi

Sharing is caring!


Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının ilk dəfə keçiriləcək UEFA Millətlər Liqasının püşkatma mərasimində hansı səbətdə yer alacağı müəyyənləşib.

Avropa futbol qurumunun rəsmi saytının yaydığı məlumata görə, C Liqasında mübarizə aparacaq yığma I səbətə düşüb.

Püşkatma mərasimi mayın 2-də təşkil olunacaq.

I səbət: Malta, İsrail, Azərbaycan, Türkiyə, Şimali Makedoniya
II səbət: Kosovo, Monteneqro, Lüksemburq, Estoniya, Moldova
III səbət: Litva, Qazaxıstan, Latviya, Bolqarıstan, Kipr
IV səbət: Farer adaları, Gürcüstan, Ermənistan, Andorra

Qrupda ilk iki pilləni tutacaq komandalar 2025-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə uğrunda pley-off oyunlarına çıxacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir