İqtisadiyyat

Büdcədə bir milyard manatdan çox qalıq yaranıb

Sharing is caring!


Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri isə 6 milyard 567 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,3% və 16,7% çoxdur.

Son nəticədə büdcədə 1 milyard 723 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 24,8% çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir