İqtisadiyyat

Bakı Limanının tikintisinin ikinci fazasının yekunlaşacağı tarix açıqlandı

Sharing is caring!


“Limanın tikintisinin ikinci fazası ilin sonuna qədər yekunlaşacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, işlər yekunlaşandan sonra qərar veriləcək ki, liman hansı modelə görə inkişaf etdirilsin.

T.Ziyadov qeyd edib ki, ikinci fazada konteynerlərin aşırılması ilə bağlı ciddi işlər görüləcək:

“Çünki Çindən Avropaya yüklər, əsasən, konteynerlərlə göndərilir. Hazırda Bakı Limanının konteyner aşırma qabiliyyəti 100 min TEU konteynerdir. Ötən il Bakı Limanından 62 mindən çox konteyner keçib, bu isə onu göstərir ki, ikinci fazaya hazırlıq görülməlidir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir