Cəmiyyət

Güclü küləklə müşahidə olunan yağıntılı hava Goranboyda fəsadlar yaradıb – FOTO

Sharing is caring!


Güclü külək Goranboy rayonunun 1 500-dən artıq sakini olan Boluslu kəndində fəsadlar törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, gecə saatlarında müşahidə olunan qeyri-sabit hava şəraiti səbəbindən kənd ərazisində irigövdəli bir neçə ağac aşıb, bəzilərinin böyük budaqları sınıb.

Aşan ağaclardan biri isə elektrik xəttinin üzərinə düşüb və nəticədə qısaqapanma yaranıb. Bu səbəbdən kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, dünən axşamdan başlayaraq Qərb bölgəsində güclü küləklə müşahidə olunan yağışlı hava şəraiti müşahidə olunub. Gəncə şəhərində, Şəmkir və Goranboy rayonlarında bəzi ərazilərdə ağaclar aşıb, elektrik təsərrüfatına zərər dəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir