Dünya

Türkiyədə qeyri-adi evlilik təklifi – VİDEO

Sharing is caring!


Türkiyənin Yalova şəhərində bəy xanıma qeyri-adi evlilik təklifi edib.

Sevgilisi Feyza Ünalla birlikdə Mərmərə dənizinə baş vuran Kenan Esen hazırladığı pankartla onunla evlənmək istədiyini bildirib. Pankartda “Feyza, mənimlə evlənərsən?” sözləri yazılıb.

Ömründə ilk dəfə dərinliyə başvurma həyəcanı yaşayan Ünal sürpriz evlilik təklifini qəbul edib. Suyun altında “hə” cavabını alan bəy sudan çıxan kimi, evlilik təklifini bu dəfə də şifahi şəkildə dilə gətirib.

“Təklifimin Yalovada xüsusi və bənzərsiz olmasını istəyirdim. Sualtı evlilik təklifi fikri ağlıma gəldi və onu reallaşdırdım!” – deyə romantik aşiq Kenan Esen bildirib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir