Hadisə

Bu `OBA`da bizim qanunlar işləmir… – “Biz belə sata bilmərik….”

Sharing is caring!

“Oba” marketə alış veriş etmək üçün getdim, konfet satılan yerlərə baxdım gördüm, bütün konfetlər endirimdədir. Hər kiloqramda ən azı 2-3 manat endirim… Hərəsindən az-az götürdüm, 25 manatlıq konfet aldım və kassaya yaxınlaşdım kassada isə başqa qiymət dedilər…”

Xəbəral.az bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Ramazan Hacıoğlu adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: “Həmin konfetlərin qiyməti 41.80 manat elədi. Etiraz edərək dedim ki, bəs vitrində qiymətlər fərqli, kassada fərqli… Dedilər ki, sistemə oturmayıb, biz belə sata bilmərik….”

Xəbəral.az bildirir ki, narazı vətəndaş anoloji olayı bir başqa marketdə də yaşadığını xatırladır: “Bir dəfə də belə bir şey olmuşdu… “Grandmart”da alış-veriş etmişdim… Kassada qiymət başqa oldu… baha oldu. Müdiriyyət yaxınlaşdı mənə, həmin aldığım məhsulları mənə pulsuz verdi.

Orda belə bir qayda var kassada ayrı qiymət olursa, baha olursa, həmin almaq istədiyin məhsulu sənə pulsuz verirlər.

“Oba”da isə dedilər ki, endirim belə edə bilmərik…”

İddia olunanlarla bağlı Xəbəral.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…DİA.AZ

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir