İqtisadiyyat

KOBİA birinci rübdə 69 təlim təşkil edib

Sharing is caring!


Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB subyektlərinin biznes biliklərinin artırılması və sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə 69 təlim təşkil edib.

Agentliyin məlumatına əsasən, bu təlimlərdən 825 KOB subyekti və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması və digər mövzuları əhatə edib.

Bu dövrdə 243 sahibkarlıq subyektinə biznesin qurulması və inkişaf etdirilməsi üzrə məsləhət xidməti göstərilib, 47 biznes planın hazırlanması üçün müvafiq dəstək təmin edilib.

Təlim və məsləhət xidmətləri ödənişsizdir. Biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri bu sahədə bilik və bacarıqlarını artırmaq üçün Agentliyin KOB inkişaf mərkəzlərinin (KOBİM) təlim, məsləhət, biznes planın hazırlanmasına dəstək və digər xidmətlərindən istifadə edə bilərlər.

Təlimlərə dair məlumatı KOBİA-nın saytından əldə etmək olar (http://bit.ly/3MyRGpP).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir