İqtisadiyyat

Azərbaycan və Türkiyə sahibkarları birgə investisiya imkanlarını müzakirə ediblər – FOTO

Sharing is caring!


Azərbaycan və Türkiyə sahibkarları birgə investisiya imkanlarının araşdırılması, yeni işgüzar əməkdaşlıqların qurulması məsələlərini müzakirə edib.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.

AZPROMO-nun dəstəyi ilə Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən Türkiyə və Azərbaycan sahibkarlarının iştirakı ilə Bakıda işgüzar görüş keçirilib.

Tədbirdə sənaye, kənd təsərrüfatı, qida, logistika, əczaçılıq, maliyyə və konsaltinq, İKT, tekstil və s. sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak edib.

Biznes dairələri üçün təşkil edilən ikitərəfli görüşlərdə təmasların qurulması, həmçinin uzunmüddətli əməkdaşlığa dair razılıqların əldə olunmasına dair fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir