İqtisadiyyat

Bərdədə “SOCAR PETROLEUM”a məxsus yanacaqdoldurma stansiyası istifadəyə verilib

Sharing is caring!


Bərdə şəhərində “SOCAR PETROLEUM” QSC-yə məxsus “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, Bərdənin Bakı küçəsində istifadəyə verilən YDS-də 4 yanacaqpaylayıcı avadanlıq quraşdırılıb. “Aİ-92”, “Aİ-95” Premium, “Dizel” və LPG (maye neft qazı) markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi YDS-də nağdsız satış üçün POS-terminallar fəaliyyət göstərəcək.

Qeyd edək ki, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər 24 yeni iş yeri də yaradılıb. Yeni YDS-lər, eyni zamanda, ölkəmizdə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verir.

Bərdədə fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 47-yə çatdırılıb. Xatırladaq ki, onlardan 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir.

“SOCAR PETROLEUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq, bu sahədə işlər davam etdirilir. Bununla da ölkə ərazisində “SOCAR” brendli yanacaqdoldurma stansiyalarının sayının artırılması gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir