İqtisadiyyat

Amerikalı ekspert: “Azərbaycan qazı Avropanı enerji böhranından xilas edə bilər”

Sharing is caring!

“Bir ildir ki, Rusiya-Ukrayna müharibəsi başlayıb və biz enerji sektorunda, humanitar sahədə bu münaqişənin yaratdığı dəhşətlərlə üz-üzəyik”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Kolumbiya Universitetinin qlobal enerji siyasəti üzrə baş tədqiqatçısı Conatan Elkind azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən (“Zoom” vasitəsilə) deyib. O bildirib ki, Rusiya təkcə Avropada deyil, bütün dünya üzrə qlobal böhran yaradıb.

“Ölkələr arasındakı enerji mübadiləsi, ticarət marşrutları özü çətin bir vəziyyətə düşdü. Qeyri-enerji sektorunda da qiymətlər həddindən artıq bahalaşıb. Dünya enerji mövqeyi cəhətdən çox böhranlı bir vəziyyətlə qarşılaşıb”, – deyə o əlavə edib.

Mütəxəssis Azərbaycanın enerji istiqamətindəki fəaliyyətindən də söz açıb. O bildirib ki, Azərbaycan enerji sektorunda mühüm addımlar atıb.

“Avropa rəhbərləri düşünürdülər ki, Azərbaycandan alternativ marşrutla qaz almaq olar və bu, reallaşdı. Hazırda Azərbaycan qazının çox böyük əhəmiyyəti var ki, Avropanı enerji böhranından xilas etsin”, – deyə o əlavə edib.

Bildirək ki, Conatan Elkind 2009-2017-ci illərdə Barak Obama administrasiyasında enerji siyasətini koordinasiya edib.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir