İqtisadiyyat

Ötən il Azərbaycanda 800 kilometrdən çox yol təmir edilib – VİDEO

Sharing is caring!

2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 803,5 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və təmir edilib.

“Report” xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-ci ildə görülmüş işlərə dair Zəngilan rayonunda bu gün keçirdiyi brifinqdə bildirib.

“Yenidən qurulmuş və təmir edilmiş yolların 234,3 kilometri respublika əhəmiyyətli, 398 kilometri yerli əhəmiyyətli, 171,2 kilometri isə Bakının yollarıdır”,- deyə S.Məmmədov bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir