Dünya

Moskvada şaurmadan kütləvi zəhərlənmə: Bəzilərinin vəziyyəti ağırdır

Sharing is caring!


Rusiya paytaxtı Moskvada şaurmadan kütləvi zəhərlənmə hadisəsi baş verib.

Beş gün ərzində 32 nəfər xəstəxanaya yerləşdirilib, bəziləri reanimasiyadadırlar.

Xəstəxanada olanların hamısı etiraf edib ki, Sofiya Kovalevskaya küçəsindəki “Bistro-24” yeməkxanasında şaurma və manqalda bişmiş toyuq yeyiblər. Bir gün sonra isə hər kəsdə qızdırma, ürəkbulanma və mədə pozuntusu kimi şikayətlər ortaya çıxıb.

Artıq istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.

Təqsirləri sübuta yetirilərsə, iaşə müəssisəsinin cavabdeh şəxslərini 500 min rubla qədər cərimə və ya altı ilə qədər həbs cəzası gözləyir.

Mənbə: “Komsomolskaya pravda” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir