İqtisadiyyat

Biləsuvarda qaz xəttində sızma olub, minlərlə abonentin qazı kəsilib

Sharing is caring!

Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

“Report”un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar şəhərinin bir hissəsini və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərini təbii qazla təmin edən daşıyıcı qaz xəttinə mavi yanacağın verilməsi kəsilib.

Təbii qazın verilişinin məcburi dayandırılması rayonun bir hissəsini təmin edən daşıyıcı kəmərin Zəhmətabad kəndinin girişində, asfaltın altından keçən hissəsində boru xəttinin korroziyaya uğraması nəticəsində yaranmış güclü qaz sızmasının aradan qaldırılması üçün görülən işlərlə əlaqədardır.

Təmir işlərinin bu gün günorta saatlarında başa çatdırılması planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir