İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı özəlləşdiriləcək? – FOTO

Sharing is caring!

“Hazırkı məqamda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirilməsi gündəmdə deyil”.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

“ABB son illər mənfəətlə çalışır və mənfəətdən dövlət büdcəsinə dividendlər ödəyir. İndiki məqamda böyük mənfəətlə işləyən müəssisənin və sistem əhəmiyyətli bankın özəlləşdirilməsi iqtisadi əhəmiyyət daşımır”, – deyə M.Eynullayev əlavə edib.

Qeyd edək ki, bank ötən ili 254 milyon 379,52 min manat məbləğində xalis mənfəətlə başa vurub. Bu isə 2021-ci illə müqayisədə 21,8% artım deməkdir. Hesabat dövrünün sonuna bankın ümumi bölüşdürülməmiş mənfəəti 211 milyon 183,62 min manat (artım 3,4 dəfə) həcmində olub.

“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. 2015-ci il 15 iyul tarixində Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.

Bankın səhmdarları 1 763 hüquqi və fiziki şəxsdir: səhmlərin 96,37%-i dövlətə məxsusdur. ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81% təşkil edir. Bundan başqa, bankın kapitalında 3,06% fiziki şəxslərə (minoritar səhmdarlara), 0,23% “Aqrarkredit” QSC-yə, 0,34% digər hüquqi şəxslərə məxsusdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir