İqtisadiyyat

İqtisadi Zonaların İnkişafı Agentliyinin yeni saytı istifadəyə verildi

Sharing is caring!

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) rəsmi internet səhifəsi (www.economiczones.gov.az) istifadəyə verilib.

Oxu.Az xəbər verir ki, üç dildə (Azərbaycan, ingilis, rus) hazırlanmış yeni sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, fərqli struktura və müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.

Yeni səhifədə Agentliyin idarəçiliyində olan sənaye zonaları, aqroparklar, Peşə Təhsil Mərkəzi, iqtisadi zonalarda rezidentlər üçün tətbiq edilən vergi və gömrük güzəştləri barədə geniş məlumatlar yerləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir