İqtisadiyyat

Vətəndaşlara qaz pulu borcu artıq yazılır?

Sharing is caring!

Bəzi sakinlər istifadə etdikləri qaza görə, artıq ödəniş çeki gəldiyini iddia ediblər. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, evlərində mexaniki sayğacdır və aylıq ödəniş əvvəlki aylara nisbətən çox gəlib.

Vətəndaşlardan biri iddia edib ki, Azəriqaz tərəfindən qaz sərfiyyatına görə, 400 manat ödəniş gəlib. 

Məsələ barədə SOCAR-ın Azəriqaz İstehsalat Birliyi ilə əlaqə saxladıq.

İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, belə yüksək məbləğdə ödənişin gəlməsi barədə məlumat düzgün deyil:

“Əgər vətəndaş şübhəlidirsə, bunu onunla birlikdə araşdıra bilərik. Abonent bizim quruma müraciət etsin, onun evindəki sayğacı götürək və öz iştirakı ilə yoxlansın. Bütün sərfiyyatı vətəndaşa göstərək”. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir