Dünya

Nigeriyada benzindaşıyan maşın partlayıb, ölənlər və yaralananlar var

Sharing is caring!


Nigeriyanın Onda əyalətində sakinlər qəzaya uğramış yanacaqdaşıyan maşından benzin çıxarmağa çalışarkən maşın partlayıb.

Polisin bildirdiyinə görə, partlayış nəticəsində azı 20 nəfər həlak olub, yaralananlar var.

Qeyd edək ki, dəmiryolu infrastrukturu köhnə və yararsız olduğu üçün neft məhsullarının ölkə daxilində daha çox avtomobil yolu ilə daşındığı Nigeriyada yanacaqdaşıyan maşınların qəzaları tez-tez baş verir.

Mənbə: Punch

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir