İqtisadiyyat

Nazir: “Sahibkarlara 67,9 milyon manat subsidiya ödənilib” – FOTO

Sharing is caring!

1 dekabr 2022-ci il tarixinədək mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6 333 müraciət daxil olub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” hesabında qeyd edib.

O bildirib ki, bunlardan 5 047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 milyon manat təşkil edir və bunun da 67,9 milyon manatı sahibkarlara ödənilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir