İqtisadiyyat

“İşsizin dostu” proqramında 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

Sharing is caring!

Ölkəmizdə məşğulluq imkanlarının artırılmasında önəmli rola malik “İşsizin dostu” ödənişli ictimai işlər proqramında müharibə veteranları, şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslərə üstünlük verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST” İş Mərkəzinin icra etdiyi proqram üzrə hazırda 51 mindən çox şəxs işləyir ki, onlardan 7,2 mini müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxslərdir.

Proqram iştirakçılarının 90 faizə yaxını ölkəmizin regionlarında yaşayanlardır.

Ödənişli ictimai işlər proqramı ilkin peşə hazırlığı, ixtisası olmayan, buna görə də iş tapmaqda çətinlik çəkən işçi qüvvəsini işsizlikdən qoruyur, ümumən məşğulluq imkanlarını artırır.

Proqrama cəlb olunan hər bir şəxslə əmək müqaviləsi bağlanır. Bu da həmin şəxslərə gələcək əmək və sosial təminat, pensiya hüquqlarının yaranması üçün sosial sığorta sistemində iştirak imkanı verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir