İqtisadiyyat

Sənaye və texnologiyalar parklarının rezidentləri üçün gömrükdə güzəşt müddəti artırılır

Sharing is caring!

Azərbaycanda sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin idxal etdiyi məhsulların gömrük rüsumundan azad olma müddəti artırılır.

Bu, “Gömrük tarifi haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.

Sənədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir. Qanun layihəsi parkların rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarların müvafiq qaydada ölkəyə gətirdiyi texnikanın, texnoloji avadanlıqların və qurğuların gömrük rüsumundan azad olma müddətinin həmin rezidentin parklarda qeydiyyata alındığı tarixdən 7 il deyil, 3 il artırılaraq 10 il müəyyən edilməsi məqsədilə hazırlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir