Dünya

Fransanın səkkiz hava limanı bomba təhlükəsi barədə xəbərdarlıq alıb

Sharing is caring!


Fransanın səkkiz hava limanına bomba təhlükəsi barədə xəbərlər daxil olub. Onlardan üçündə təxliyə işləri aparılır.

Qeyd olunur ki, Renn, Tarb və Bezye hava limanları boşaldılmağa başlayıb. Lill, Bovye, Nante, Po və Brestye hava limanlarına da bomba təhlükəsi xəbəri verilib.

Qeyd edək ki, çərşənbə günü, oktyabrın 18-də ölkə üzrə 15 hava limanı boşaldılıb, ertəsi gün bir sıra hava limanlarında insidentlər təkrarlanıb.

Mənbə: sb.by

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir