İqtisadiyyat

SOCAR-ın Karbamid Zavodu ixrac coğrafiyasını genişləndirir

Sharing is caring!

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti – Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu ixrac coğrafiyasını genişləndirir.

Oxu.Az agentliyə istinadən xəbər verir ki, zavod ilk dəfə Polşa, İsrail və Yunanıstana 26 min tondan çox məhsul ixrac edib.

2019-cu ildə fəaliyyətə başlamış Karbamid Zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə 15-dən çox ölkəyə ixrac edilir. İndiyə qədər müəssisədə 625 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85%-dən çoxu ixrac olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir