İqtisadiyyat

Xalik Məmmədov: “SOCAR ildə 6,8 milyon kubmetr səmt qazını əhalinin istehlakına yönəldir”

Sharing is caring!

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Siyəzənneft” Neft-qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində ildə 6 milyon 800 min kubmetr səmt qazı yığılaraq emal olunduqdan sonra yerli əhalinin istehlakına yönəldilir”.

“Report” xəbər verir ki, bunu SOCAR-ın insan resursları və təhlükəsizlik üzrə vitse-prezidenti Xalik Məmmədov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda yaşıl transformasiya” adlı konfransda panel müzakirələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun hesabına 15 ətraf kənd üzrə 1 250 abonentin təbii qazla təchizatı təmin olunub.

X.Məmmədov bildirib ki, bütün bunlar SOCAR-ın korporativ sosial məsuliyyəti və ətraf mühitin qorunması prinsipləri əsasında icra edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir