Cəmiyyət

Bacısı xərçəngdən ölən gənc özü də bu xəstəliklə mübarizə aparır: Müalicəsi üçün 600 manat pul lazımdır – FOTO

Sharing is caring!

Sumqayıtda yaşayan, 1995-cil il təvəllüdlü Orucova Səmiyyə Mahir qızı beynindəki bədxassəli şişdən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun bacısı Orucova Samirə məlumat verib.

O qeyd edib ki, bacısı 2015-ci ildən bu xəstəliklə mübarizə aparır:

“Böyük bacımız Orucova Esmiranı üç ay əvvəl ağciyər xərçəngindən itirdik. Atam isə 2014-cü ildə infarktdan rəhmətə gedib. Bacım hazırda xəstəliyi ilə əlaqədar heç kimi tanımır. Ailə vəziyyətimiz çox ağırdır. Özüm marketdə işləyib ailəmi dolandırmağa çalışıram. Bacımın müalicəsi üçün 600 manat lazımdır. Bu, çox kiçik məbləğ olsa da, biz onu tapa bilmirik ki, bacımı müalicə etdirək. Beynindəki şiş balacalaşarsa, bacım əməliyyat olunacaq. İmkanlı şəxslərdən bu pulu toplaya bilməyimiz üşün kömək istəyirəm”.

Qeyd edək ki, onkoloji xəstəliklərin müalicəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil deyil. 

Ailə ilə əlaqə: 070 525 62 03

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir