Dünya

Müharibə vəziyyəti elan ediləndən sonra İsraildən Gürcüstana gələnlərin sayı açıqlanıb

Sharing is caring!


Oktyabrın 8-dən – İsraildə rəsmi olaraq müharibə vəziyyəti elan olunandan sonra İsraildən Gürcüstana üç mindən çox insan gəlib.

Bu barədə Gürcüstanın İsraildəki səfiri Laşa Jvaniya məlumat verib.

O qeyd edib ki, Gürcüstana gələnlər arasında İsrail vətəndaşları və ikili vətəndaşlığı olan şəxslərdən əlavə İsraildə yaşayan Gürcüstan vətəndaşları da var.

“Təyyarə reysləri kifayət qədər olmadığından əlavə reyslərin açılması planlaşdırılıb. Biletlər 20 dəqiqə ərzində satılıb. İsraildən Gürcüstana gəlmək istəyənlər tərəfindən tələbat yarandıqca bu cür uçuşlar həyata keçiriləcək”, – deyə Laşa Jvaniya qeyd edib.

Mənbə: Rustavi2.ge

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir