İqtisadiyyat

Qusarda Çiləgir kəndi brendləşdiriləcək

Sharing is caring!

“Qusar rayonunun Çiləgir kəndi brendləşdiriləcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sədr müavini Fərhad Aşurbəyli Milli Kulinariya Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda BMT İnkişaf Proqramı ilə birgə Qusar rayonunda Çiləgir kəndinin brendləşməsi və kəndin məhsullarının yerli və xarici bazara çıxarılması ilə bağlı layihə keçiriləcək.

F.Aşurbəyli həmçinin bildirib ki, “Qızıl Şah Qızıl Yüzlük” çempionatı gələn il mayın 17-19-da keçiriləcək:

“Çempionat ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir