Xarici siyasət

Hikmət Hacıyev Pakistana təşəkkür etdi – FOTO

Sharing is caring!

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistana təşəkkür edib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev Pakistanın ölkəmizdəki səfiri Bilal Hayenin paylaşımına “çox təşəkkürlər, əziz pakistanlı qardaşlar” cavabını verib.

Pakistanın ölkəmizdəki səfiri Bilal Hayenin paylaşımında qeyd olunub:

“Hökumət və Pakistan xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin ata-baba torpaqlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır”, – deyə H.Hacıyev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir