İqtisadiyyat

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yeni TƏRKİBİ – SİYAHI

Sharing is caring!

Nazirlər Kabineti tərəfindən “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında” qərarında dəyişiklik edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi” yeni redaksiyada təsdiqlənib.

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının TƏRKİBİ 

Komissiyanın sədri:

Orxan Nəzərli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi. 

Komissiyanın sədrinin müavini:

İlkin Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini. 

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri; 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri; 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının İqtisadi siyasət şöbəsi müdirinin müavini;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi; 

Azərbaycan Respublikası Mərkəzi Bankının Nağd Pul Departamentinin direktoru; “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru; 

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru; Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyəti sədrinin müavini.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir