Cəmiyyət

DİN-dən “Qarabağ”ın oyunu ilə bağlı ÇAĞIRIŞ

Sharing is caring!

“Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika Stadionuna gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa, oyunun keçirildiyi əraziyə bir saat əvvəl gəlməyiniz də tövsiyə olunur”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qarabağ”ın Bakıda Yunanıstan “Olimpiakos”una qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ilə bağlı fikir bildirərkən deyib.

“Bu gün baş tutacaq “Qarabağ” – “Olimpiakos” oyunu ilə əlaqədar stadionun daxilində və ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” – “Olimpiakos” görüşü saat 20:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir