İncəsənət

Sənubər İsgəndərli narazılıq etdi: “Səbrim tükənib“

Sharing is caring!

Əməkdar artist Sənubər İsgəndərli teatrların bir ilə yaxındır bağlı qalmasından şikayətlənib.

 

XəbərAl.az xəbər verir ki, aktrisa bu haqda sosial şəbəkədə yazıb. O bildirib ki, işsizlikdən təngə gəlib:

“Martda 1 il olacaq ki, ölkəmizdə bütün teatrlar bağlıdır. Pandemiyadır, karantindir deyib, oturduq. Amma heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı. Hər yerdə mümkün variantlardan istifadə olundu ki, teatr sənəti yaşasın. Biz isə hələ oturmuşuq. Bir də ayılıb görəcəyik ki, nə teatr, nə sənət var.

Şəxsən mənim səbrim artıq tükənib, ömrümüzdən gedir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir