İdman

AFFA Rauf Əliyevi uzun müddətli cəzalandırıb

Sharing is caring!

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev uzun müddətli cəzalandırılıb.

“Report” xəbər verir ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyununda Gəncə klubunun hücumçusu Rauf Əliyevi etdiyi hərəkətə görə cəzalandırıb.

O, hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılsa da, yenidən meydançaya daxil olub. Buna görə də Əliyev beş oyun cəzalandırılıb, “Kəpəz” isə 4 000 manat cərimə olunub.

“Kəpəz”in digər futbolçusu – cinah müdafiəçisi Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Bundan başqa, həmin oyunda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir