Dünya

Ukraynada müdafiə naziri dəyişə bilər

Sharing is caring!

Ukraynanın müdafiə naziri Aleksey Reznikov tezliklə vəzifəsindən azad edilə bilər.

Məlumata görə, Reznikovun yerini peşəkar hərbçi tutmalıdır. Variantlardan biri də Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovdur.

Eyni zamanda, Reznikovun komandada qalacağı da planlaşdırılır, baxmayaraq ki, onun ədliyyə naziri postuna keçməsi haqda da məlumatlar var.

Bildirilir ki, bu və digər kadr məsələləri bu gün hakim “Xalqın xidmətçisi” fraksiyasının iclasında müzakirə oluna bilər.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir