İdman

Holand Premyer Liqada atasını geridə qoydu

Sharing is caring!

“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının (İPL) 4-cü turunun matçında “Kristal Palas”a (4:2) 3 qol vurub.

Norveçli futbolçu yayda “Borussiya”dan (Dortmund) “Mançester Siti”yə keçib.

Almaniya çempionatının son mövsümündə hücumçu 23 matçda iştirak edib, 21 qol vurub və 9 məhsuldar ötürmə verib.

Premyer Liqanın cari mövsümündə 22 yaşlı hücumçu artıq 6 dəfə rəqib qapısına yol tapmağı bacarıb. Debütdə o, “Vest Hem”ə qarşı dubl edib, daha sonra isə “Nyukasl”a qol vurub.

Qeyd edək ki, norveçli gəncin atası Alf-İnqe Holand da “Mançester Siti”də çıxış edib. Ümumilikdə o, komandanın heyətində bütün turnirlərdə 38 oyun keçirib və üç dəfə fərqlənməyi bacarıb. Beləliklə, bugünkü oyundan sonra oğul Holand atasını ötüb keçə bilib.

Qeyd edək ki, 4 turdan sonra çempionat cədvəlinə “Mançester Siti” başçılıq edir. Braytonun da “şəhərlilər”lə xalları eynidir, lakin onlar əlavə göstəricilərə görə çempionadan geri qalırlar.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir