Dünya

İstənilən sistemi “sındıran” haker kabeli təqdim olundu

Sharing is caring!

“Def Con” konfransı çərçivəsində Maykl Qrover adlı haker qeyri-adi qurğu təqdim edib. O, öz ixtirasını “O.MG Elite” kabeli adlandırıb.

Tərtibatçının sözlərinə görə, bu cihaz daxili veb-server, USB enerjisi, Wi-Fi çıxışı və keylogger ilə təchiz olunub.

“O.MG Elite” sizə istənilən kompüterləri və smartfonları “sındırmağa”, daha sonra onların işinə nəzarət etməyə, düymələrin basılmasını simulyasiya etməyə və ya əmrlər daxil etməyə imkan verir.

Kabel 180 dollara başa gəlir. Onun “Lightning”, USB-A və USB-C versiyaları var. Kabel “Windows”, “macOS”, iOS və “Android” əməliyyat sistemlərini “sındırmaq” üçün istifadə edilə bilər.

Mənbə: csn-tv.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir