Kriminal

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb

Sharing is caring!


Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, martın 28-də və 30-da bir vətəndaşın 9 845 manatının, digər vətəndaşın isə 9 900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir