İdman

İsveçdə Şuşa ilə bağlı mini-futbol turniri keçiriləcək – FOTO

Sharing is caring!

21-23 oktyabr tarixlərində İsveçin paytaxtı Stokholmda Şuşa ilə bağlı beynəlxalq mini-futbol turniri keçiriləcək.

“Report”a bunu İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ili Şuşa ili elan etdiklərindən, İsveç diasporunun nümayəndəsi kimi belə bir turnir keçirmək qərarına gəliblər: “Bizim Konqresdə Rüfət Əhmədov adlı peşəkar məşqçi var. Onun 18-19 yaşlılardan ibarət komandası 2016-cı ildə İsveç çempionu olub. Əhmədovun bizim Konqresin daxilində fəaliyyət göstərən İdman Akademiyası var. O bizim komandanı meydana baş məşqçi kimi çıxaracaq. Bu yarışda 16 komanda mübarizə aparacaq. Bütün komandalar İsveçin aşağı divizionlarında oynayan oyunçulardan qurulub. Meydana komandalar futzaldakı kimi 4 sahə oyunçusu və 1 qapıçı ilə çıxacaq”.

Bu məsələdə bizə yeni səfir Zaur Əhmədov da çox yaxından kömək olur. Dünən səfirliyə bütün iştirakçı komandaların nümayəndələrini toplamışdıq. Onlara üzərində Şuşaya aid loqo olan hədiyyələr təqdim etdik”.

Qeyd edək ki, “Susa Fotboll Mästerskap 2022” (Şuşa futbol çempionatı) adlanan yarışda Azərbaycan və İsveçdən başqa, Argentina, Braziliya, Fransa, Qambiya, Yunanıstan, İtaliya, Qazaxıstan, Konqo Demokratik Respublikası, Xorvatiya, Mərakeş, Nigeriya, Serbiya, Tunis, Uruqvay komandaları mübarizə aparacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir