İdman

Tribunadan futbola baxmaq üçün ən yaxşı stadion hansıdır?

Sharing is caring!


“Real Madrid” klubunun ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionu futbola baxmaq üçün ən yaxşı stadion hesab edilib.

Böyük Britaniyanın “FourFourTwo” jurnalının 32 stadiondan ibarət tərtib etdiyi siyahıda “Santyaqo Bernabeu” birinci olub.

Jurnal ən yaxşı stadionları müəyyənləşdirərkən estetik cəzbedicilik, tribunalardakı ab-hava və tarix meyarlarını rəhbər tutub.

Siyahıda ikinci və üçüncü yerləri müvafiq olaraq “Marakana” (“Flamenqo”, “Fluminense”, “Vasko de Qama”) və “Siqnal İduna Park” (“Borussiya” Dortmund) tutublar.

“Fənərbağça”nın “Ülker – Şükrü Saracoğlu” stadionu isə 26-cı pillədə qərarlaşıb.

Mənbə: “FourFourTwo”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir